İlham Əliyev Ruhani ilə görüşdü: `Biz müharibə istəmirik` (YENİLƏNİB)
03:49 15 Aprel 2016
Aprelin 14-də İstanbulda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Həsən Ruhani ilə görüşü olub.
Femida.az Azərtac-a istinadən xəbər verir ki, görüşdə ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli münasibətlərin, əməkdaşlıq əlaqələrinin müxtəlif sahələrdə dinamik inkişaf edərək yüksək səviyyəyə qalxması məmnunluqla vurğulandı. Əməkdaşlıq əlaqələrinin daha da inkişafı üçün geniş imkanların olduğu qeyd edildi. Bu baxımdan belə görüşlərin və qarşılıqlı səfərlərin intensivləşdirilməsinin mühüm rol oynadığı bildirildi.
Söhbət zamanı aprelin əvvəlində Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş hadisələrlə bağlı geniş fikir mübadiləsi aparıldı. Prezident İlham Əliyev qeyd etdi ki, biz müharibə istəmirik. Ancaq Ermənistan hərbi birləşmələrinin təxribatçı əməllərinə cavab verməli olmuşuq. Dövlətimizin başçısı hadisələr zamanı telefonla zəng etdiyinə və narahatlığını ifadə etdiyinə görə İran Prezidentinə təşəkkürünü bildirdi. Münaqişənin nizamlanması ilə bağlı Minsk qrupunun fəaliyyəti ilə əlaqədar fikir mübadiləsi aparıldı.
Görüşdə neft-qaz sahəsində əməkdaşlıq məsələləri müzakirə olundu. Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı danışıqlar prosesinin davam etdirilməsinin əhəmiyyəti vurğulandı. Bildirildi ki, bütün bunlar ölkələrimiz arasında siyasi, təhlükəsizlik və digər sahələrdə əlaqələrin daha yüksək səviyyəyə çatmasına xidmət edəcək.
Azərbaycan və İran prezidentləri müxtəlif sahələrdə, o cümlədən viza rejimi, turizm, maliyyə-bank sahələrində əlaqələrin inkişaf etdirilməsi, eyni zamanda, ekstremizmə, terrorizmə və radikalizmə qarşı mübarizədə əməkdaşlıq və digər istiqamətlərdə münasibətlərin genişləndirilməsi ilə bağlı geniş fikir mübadiləsi apardılar.
***
İslam Əməkdaşlıq Təşkilatının İstanbulda keçirilən zirvə toplantısında iştirak edən Azərbaycan prezidenti İlham Əliyev İran İslam Respublikasının prezidenti Həsən Ruhani ilə görüşüb.
Femida.az xəbər verir ki, əvvəlcədən nəzərdə tutulmayan görüşdə iki ölkə arasındakı münasibətlərin inkişaf yolları, Türkiyənin sədrliyi dövründə İƏT-nin daha dinamik və təsirli təşkilat kimi fəaliyyət göstərməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Femida.az
Oxunub: 1234
Oxşar xəbərlər
- İlham Əliyev yol tikintisi ilə bağlı sərəncam imzaladı
- İlham Əliyev ötən il 28 rayona 31 səfər edib
- İlham Əliyev yol tikintisinə pul ayırdı
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
- İlham Əliyev Raul Kastronu təbrik etdi
- İlham Əliyev Abşeronda açılışda
- İlham Əliyev bu il neçə ölkəyə səfər edib?
- İlham Əliyev onlara “Tərəqqi” medalı verdi - SİYAHI
- İlham Əliyev “Azərsu”ya 3,73 milyon ayırdı
- İlham Əliyev Belarusa gedir